Topaz Premyer Liqasının XIX turu çərçivəsində "Xəzər Lənkəran"ı qəbul edəcək "Simurq" qarşılaşmanın hazırlıqlarını "sarı-tamamlayıb. Fanat.az xəbər verir ki, son məşqdə yalnız ayağında ağrılar hiss edən Ali Gökdəmir iştirak etməyib.
Yeni transfer Cihan Özkara komandanın heyətində ilk məşqinə çıxıb. Hazırlığa qaçış və isinmə hərəkətləri ilə başlanılıb. Üç qrupa bölünərək "kvadrat" oynanılıb. Daha sonra ikitərəfli oyun keçirilib. Məşqin sonunda cinahlardan asmaların qapanması və qapıya zərbələr yerinə yetirilib.
Fanat.az