"Xəzər Lənkəran"la görüşdə bəxtimiz də gətirmədi"

"Xəzər Lənkəran"la görüşdə bəxtimiz də gətirmədi"
"Futbola 9 yaşında başlamışam. Valideynlərim məni Sumqayıtda futbol məktəblərinin birinə yazdırmışdı. İlk məşqçim Ağamusa Bağırov olub. "Sumqayıt" Futbol Klubu yarandıqdan sonra isə bu komanda ilə müqavilə imzalamışam. Əvvəlcə U-15 komandasında çıxış etmişəm burada kapitan olmuşam. Ardınca isə U-17-yə dəvət almışam. Cari mövsümün əvvəlində isə Vaqif Paşayevin rəhbərlik etdiyi əvəzedici komandaya cəlb olunmuşam. Bu mövsüm əvəzedici komandada demək olarki bütün oyunlarda çıxış etmişəm". Fanat.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın futbolçusu Bayram Nuruzadə deyib.
Topaz Premyer Liqasının XVIII turunda "Xəzər Lənkəran"la keçirilən qarşılaşmada 1996-cı il təvəllüdlü futbolçu əsas komandanın heyətində debüt oyununa çıxıb. 17 yaşlı futbolçu klubun rəsmi saytına açıqlama verərək futbola gəlişindən danışıb və bəzi maraqlı məqamlara toxunub. 7
"Xəzər Lənkəran"la qarşılaşmada ilk dəfə əsas komandanın formasını geyinmiş Nuruzadə gələcəkdə "Sumqayıt"da böyük uğurlara imza atmaq istədiyini də bildirib: "Tez-tez əsas komandanın baş məşqçisi Aqil Məmmədov məni və əvəzedici komandada çıxış edən bir neçə futbolçunu məşqlərə dəvət edirdi. Açığı, Lənkərana yollanacağımı bilmirdim. Qarşılaşmadan bir gün əvvəl Aqil müəllim mənim əsas komanda ilə səfərə yollanacağımı dedi. Sözün düzü, bu görüşdə oynayacağımı gözləmirdim. Lakin baş məşqçi ikinci hissədə məni meydana buraxdı. Ümid edirəm ki, meydanda olduğum müddətdə komandama kömək edə bildim. "Xəzər Lənkəran"la qarşılaşmada "Sumqayıt" yaxşı oyun nümayiş etdirdi. Deyərdim ki, bu görüşdə bəxtimiz də gətirmədi. Əsas hədəfim "Sumqayıt"ın əsas komandasında möhkəmlənmək və uğur qazanmaqdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər