Premyer Liqanın VIII turunda doğma meydanda "Bakı"nı qəbul edəcək "Xəzər Lənkəran" növbəti məşqini keçirib. Fanat.az xəbər verir ki, komanda Lənkəran şəhər stadionunun ehtiyat meydançada məşqə çıxıb.
Bir saatdan çox davam edən hazırlıq prossesində zədəsi sağalmış Əfran İsmayılov və qapıçı Cahangir Həsənzadə də iştirak ediblər. Hər iki futbolçu komanda ilə birgə çalışıb. Alfred Sanko isə fərdi qaydada məşqlə kifayətlənib. Yüksək əhval-ruhiyyədə keçən hazırlıq bitdikdən sonra futbolçular sabahkı yoxlama oyunun başlama saatına qədər istirahətə bazanın otelində çəkiliblər.
Qeyd edək ki, sabah "Xəzər Lənkəran" Lənkəran şəhər stadionunun əsas meydançasında əvəzedici komandasını sınağa çəkəcək. Matç saat 11.00-da başlayacaq.
12cioyuncu.info