"Xəzər Lənkəran"ın yeni qapıçısı kim olacaq?

"Xəzər Lənkəran"ın yeni qapıçısı kim olacaq?

"Xəzər Lənkəran" qapıçı problemini həll etməyə çalışır. Fanat.az xəbər verir ki, Lənkəran klubunun siyahısında hazırda iki qolkiper var.

Bunlardan biri rumın Kristian Balqradeandı. Deyilənə görə, bu qapıçının transferi daha realdı. Digər namizəd isə makedoniyalı Darko Tofiloskidi.

Qeyd edək ki, 26 yaşlı Kristian Balqradean müqavilə ilə Rumıniyanın "Dinamo" (Buxarest) klubuna məxsus olsa da, icarə əsasında "Unireya"da çıxış edib. Bundan əvvəl o, "Minerul", "Braşov", "Liberti" və "UTA Arad" klublarında çıxış edib, Rumıniya millisində 1 oyun keçirib.

28 yaşlı Darko Tofiloski isə son olaraq Slovakiyanın "Koşitse" klubunda çıxış edib. Əvvəllər vətənində "Pobeda" və İsveçrənin "Şaafhauzen" klublarında çıxış edib, Makedoniya millisinin heyətində 1 oyuna çıxıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər