"Xəzər Lənkəran"ın yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, Lənkəran klubu Oğuz Çətinə tapşırılıb.
Ötən ilin dekabrından etibarən Mustafa Dənizlinin köməkçisi vəzifəsində çalışan Çətin çempionatın son 4 turunun oyunlarına komandanı baş məşqçi əvəzi qismində çıxarmışdı.
"Fənərbaxça", "Erciyəsspor", "Gənclərbirliyi" və "Diyarbəkirspor" klublarını çalışdırmış Oğuz Çətin 5 il müddətində Türkiyə milli komandasının məşqçilər korpusunda yer alıb. "Xəzər Lənkəran"a gəlişindən öncə işlədiyi son klub "Boluspor" olub.
Fanat.az