"Xəzər Lənkəran"ın yeni baş məşqçisi bəlli olub. Fanat.az xəbər verir ki, cənublulara mövsümün sonuna qədər Ağadadaş Həmidov rəhbərlik edəcək.
O, bu posta Elbrus Məmmədovun istefasından sonra təyin olunub. Klub rəhbərliyi "Kəpəz"ə 0:3 hesablı məğlubiyyətdən sonra istefa verən Məmmədovun istəyi qəbul edilib. Ağadadaş Həmidov buna qədər əsas komandada məşqçi köməkçisi kimi çalışıb.
O, Azərbaycanda müstəqil çempionat keçirilməyə başladıqdan sonra Lənkəranın ilk təmsilçisi "Xəzər"in baş məşqçisi olub. Amma hazırkı "Xəzər Lənkəran"ın həmin "Xəzər"lə hüquqi bağlılığı yoxdu.
Qeyd edək ki, "Xəzər Lənkəran" hazırda 14 xalla 9-cu pillədə qərarlaşıb.
Fanat.az