"Xəzər Lənkəran"ın yeni baş məşqçisi açıqlandı

"Xəzər Lənkəran"ın yeni baş məşqçisi açıqlandı
Türkiyə mətbuatı "Xəzər Lənkəran"ın yeni baş məşqçisinin adını açıqlayıb. Fanat.az xəbər verir ki, həmkarlarımız komandanı Ertoğrul Sağlamın çalışdıracağını iddia edib.
İddiaya görə, Mübariz Mənsimov simpatiya bəslədiyi mütəxəssisə "Xəzər Lənkəran"ı çalışdırmağı təklif edib. Məsələ qarşıdakı iki həftədə dəqiqləşəcək.
Qeyd edək ki, Ertoğrul Sağlam ötən mövsüm "Eskişəhərspor"u çalışdırıb. Komanda Super Liqanı 12-ci pilədə bitirsə də, kubokun finalına çıxaraq Avropa Liqasına vəsiqə qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər