Makedoniya yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Çedomir Yanevski Uels və Şotlandiya ilə oyunlar üçün 23 futbolçuya dəvət göndərib.
Çalışdırıcı Azərbaycan Premyer Liqasını da unutmayıb. Belə ki, "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Nikola Qliqorovu qarşıdakı oyunlara dəvət edib. Futbolçu artıq klubun düşərgəsinə yollanıb.
Qeyd edək ki, Makedoniya sentyabrın evdə Uelslə, 4 gün sonra Şotlandiya ilə qarşılaşacaq.
Fanat.az