Makedoniya yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi əvəzi Zoran Stratev Uels və Serbiya ilə oyunlar üçün 24 futbolçuya dəvət göndərib.
Stratev Azərbaycan Premyer Liqasını da yaddan çıxartmayıb. Belə ki, "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Nikola Qliqorov qarşıdakı oyunlara dəvət alıb.
Qeyd edək ki, Makedoniya oktyabrın 11-də Kardiffdə Uelslə, 4 gün sonra Belqradda Serbiya ilə qarşılaşacaq.