Hafiz Məmmədovun milyonlarla manat xərc çəkdiyi "Bakı"nın bazası bu gün baxımsızlıqdan məhv olur. Artıq iş adamının bazaya baxmaq üçün maddi imkanları yetərli deyil. AFFA və dövlət qurumları isə milyonlarla vəsaitin sərf olunduğu bazaya diqqət ayırmaqda maraqlı görünmür.
Daha doğrusu, AFFA-nın baş katibi Elxan Məmmədov "Bakı"nın bazasına baxmaq istəyir. Amma Hafiz Məmmədovun milyonlarla manat xərclədiyi idman qurğusunu öz balansına keçirmək şərti ilə... İş adamı isə haqlı olaraq bundan imtina edir, şəxsi mülkünü AFFA-nın baş katibinə vermir. Nəticədə, baza getdikcə xarabalığa çevrilir.
"Bakı" kimi tarixin yaddaşına qovuşmuş "Xəzər Lənkəran"ın da müasir tələblərə cavab verən baza və stadionu var. Lənkəran klubu da artıq fəaliyyətini dayandırıb. Bəs burda necə, stadiona əvvəlki kimi diqqət göstərilirmi?
Lənkəran sərəfimiz zamanı "Xəzər Lənkəran" mərkəzi stadionuna baş çəkməyi də özümüzə borc bildik. Və gördüklərimiz bizi sözün əsl mənasında təəccübləndirdi. "Xəzər Lənkəran" dağılsa da, klub rəhbərliyi stadiondan diqqətini çəkməyib. Arenanın qazonuna əvvəlki kimi qulluq edilir, stadionun dağılıb getməsinə imkan verilmir.




Fanat.Az