"Xəzər Lənkəran"ın şəxsi təyyarəsi olacaq

"Xəzər Lənkəran"ın şəxsi təyyarəsi olacaq

Bir neçə gün əvvəl Türkiyəyə yollanan Mustafa Dənizli görünür vətənində olarkən təkcə seçkilərdə səs verməklə kifayətlənməyib. Belə ki, o qardaş ölkədən maraqlı bir xəbərlə qayıdıb. 

Fanat.az xəbər verir ki, Dənizli aprelin 3-də Lənkəranda baş tutan məşqdən öncə keçirdiyi qısa toplantıda futbolçuları təbrik edərək belə deyib: “Təbrik edirəm, artıq komandanın öz təyyarəsi olacaq və bundan sonra avtobusla yol qət edib yorulmayacaqsız. Səfər matçlarına Lənkəran hava limanından öz təyyarəmizlə uçacağıq“.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimovun prezidenti olduğu “Palmali” şirkətlər qrupunun nəzdində “PalmaliAir” şirkəti də fəaliyyət göstərir. 

12cioyuncu.info

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər