“Xəzər Lənkəran”ın sabiq futbolçusu Dimitris Sialmas 6 aylıq fasilədən sonra özünə klub tapıb. Fanat.az xəbər verir ki, Sialmas karyerasını vətəni Yunanıstanda davam etdirəcək.
27 yaşlı futbolçu ölkəsinin Super Liqa təmsilçilərindən olan “Platanias”a keçib. Artıq bunu Krit adasının təmsilçisinin rəsmi saytı da təsdiqləyib. Ancaq müqavilənin müddəti göstərilməyib.
Qeyd edək ki, "Xəzər Lənkəran"a AEK-dən gələn Sialmas ölkəmizdə 21 oyun keçirərək 6 qol vurub.
Fanat.az