"Xəzər Lənkəran"ın sabiq üzvü Uruqvayda

"Xəzər Lənkəran"ın sabiq üzvü Uruqvayda

"Xəzər Lənkəran" və "Bakı"nın sabiq üzvü Uinston Parks karyerasını Uruqvay çempionatında davam etdirəcək. Fanat.az xəbər verir ki, Kosta Rika yığmasının sabiq üzvü "Uruqvay de Koronado" klubuna keçməyə yaxındı.

Bu barədə komandanın yeni baş məşqçisi Karlos Uatson Uruqvayın nacion.com saytına açıqlamasında məlumat verib. Baş məşqçi bildirib ki, Parks bir müddətdi onların düşərgəsində məşq edir. Onunla artıq şifahi razılıq əldə olunub. Rəsmi müqavilə isə yaxın günlərdə imzalanacaq. 

Qeyd edək ki, Parks 2010/11 mövsümündə "Xəzər Lənkəran"da (25 oyun, 8 qol), 2011-2013-cü illərdə isə "Bakı"da (30 oyun, 9 qol) çıxış edib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər