Azərbaycanda da böyük maraqla izlənilən Acun Ilıcalının "Survivor" layihəsinin iştirakçıları müəyynləşmək üzrədi. Fanat.az xəbər verir ki, məşhur aparıcı bu dəfəki heyətə iki futbolçu daxil etmək istəyir.
Futbolsevərlərin diqqətini çəksək istəyən Ilıcalı Alpay Özalan və Ahmet Dursuna təklif göndərib. Alpayın Survivor adasına getmək ehtimalı çoxdu. "Eyüpspor"la yeni müqavitlə bağlayan Ahmet isə karyerasını davam etdirəcəyi halda bu təklifdən imtina edə bilər.
Qeyd edək ki, Ahmet Dursun 2009-10 mövsümündə "Xəzər Lənkəran"da çıxış edib. Türkiyə millisinin üzvü uzun illər "Beşiktaş"ın formasını geyinib. "Beşiktaş", "Fənərbaxça", "Aston Villa" kimi klublarda çıxış etmiş Alpay Özalan da Türkiyə yığmasının sabiq üzvüdü.
Fanat.az