"Xəzər Lənkəran"ın sabiq futbolçusu Rodomir Todorovun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, bolqar futbolçu karyerasını vətənində davam etdirəcək. Belə ki, Todorov Bolqarıstanın "Spartak" klubuna keçib.
Qeyd edək ki, Mustafa Dənizli qış fasiləsi başlayan kimi Todorovun xidmətindən imtina edib. O, 2012-ci ildən çıxış etdiyi "Xəzər Lənkəran"da 70 oyun keçirib. Bolqar müdafiəçi 2007-2010-cu illərdə də "Xəzər Lənkəran"ın formasını geyinib (95 oyun, 1 qol).
Fanat.az