"Xəzər Lənkəran"ın sabiq üzvü "Şerif"də - FOTO

"Xəzər Lənkəran"ın sabiq üzvü "Şerif"də - FOTO

"Xəzər Lənkəran"ın sabiq üzvü Andrey Mureşanın yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, rumın futbolçu karyerasını Moldovada davam etdirəcək.

Belə ki, Mureşan "Şerif"lə müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Mureşan 2011-2012-ci illərdə "Xəzər Lənkəran"da çıxış edib. Ölkəmizdə 51 oyuna çıxan 28 yaşlı yarımmüdafiəçi 3 qol vurub. Andrey "Xəzər Lənkəran"dan ayrıldıqdan sonra Rumıniyanın "Astra" klubunda top qovub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər