"Xəzər Lənkəran"ın sabiq üzvü "İrtış"da

"Xəzər Lənkəran"ın sabiq üzvü "İrtış"da
"Xəzər Lənkəran"ın sabiq üzvü Marin Orçuliç Qazaxıstan çempionatında çıxış edə bilər. Fanat.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, xorvat yarımmüdafiəçini "İrtış" klubu baxışa dəvət edib.
Orçuliç bu gün Antalyada olacaq və Qazaxıstan klubunun məşqlərinə qatılacaq. Baş məqçi Talqat Baysufinovun etimadını qazanacağı halda onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, "İrtış" yanvarın 18-də Bakı "İnter"i ilə yoxlama oyunu keçirəcək. Orsuliç bu matçın iştirakçısı ola bilər.
Onu da qeyd edək ki, Marin 2012/13 mövsümündə "Xəzər Lənkəran"a transfer olunub. Ölkəmizdə 21 oyun keçirən xorvat yarımmüdafiəçi Avroliqadakı uğursuzluqdan sonra komandadan qovulub. Azərbaycandan getdikdən sonra Xorvatiyanın "Zadar" klubunda çıxış edən Orsuliç 10 oyunda 1 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər