"Xəzər Lənkəran"ın sabiq üzvü Roberto Alviz Qazaxıstanın "Atırau" klubundan ayrılıb. Fanat.az xəbər verir ki, xorvat yarımmüdafiəçinin yeni iş yeri də artıq müəyyənləqib.
Belə ki, Alviz Malaziyanın "Duli Pengiran Muda" klubuna keçib. O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Malaziya klubu Alvizlə yanaşı, bosniyalı Boris Raspudiçi, irland Co Qamble və braziliyalı Rodriqonu da heyətinə qatıb.
Qeyd edək ki, Alviz 2012-2013-cü illərdə "Xəzər Lənkəran"da çıxış edib və 45 oyunda 5 qol vurub.
Fanat.az