Kosta Rika yığması DÇ-2014-ün final mərhələsinə vəsiqə qazanıb. Fanat.az xəbər verir ki, Mərkəzi Amerika təmsilçisi KONKAKAF zonasının payına düşən vəsiqələrdən birinə sahib çıxıb.
Kosta Rika ötən gün Yamaykanın qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb. Kosta-rikalıların qoluna 74-cü dəqiqədə "Xəzər Lənkəran"ın sabiq üzvü Randall Brenes imza atıb. ABŞ millisinin Meksikanı 2:0 hesabı ilə yenməsi amerikalılarla kosta-rikalıların DÇ-2014-ə vəsiqə əldə etməsi ilə nəticələnib.
Qeyd edək ki, Randall Brenes 2012-ci ildə "Xəzər Lənkəran"da çıxış edib. Həmin vaxt ölkəmizdə 11 oyuna çıxan futbolçu 1 qola imza atıb. O, hazırda Kosta Rikanın "Kartaqines" klubunda top qovur.
Fanat.az