"Xəzər Lənkəran"ın sabiq üzvü İranda oynaya bilər

"Xəzər Lənkəran"ın sabiq üzvü İranda oynaya bilər
"Xəzər Lənkəran"ın sabiq üzvü Dimitris Sialmas karyerasını İran çempionatında davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, Sialmasın xidmətində İran klublarından biri maraqlıdı. Lakin həmin klubun adı açıqlanmayıb. Yunan hücumçu cənub qonşumuzdan aldığı təklifə hələ cavab verməyib. Buna səbəb onun Yunanıstanın "Platanias" klubundan da təklif almasıdı.
Qeyd edək ki, "Xəzər Lənkəran"a AEK-dən gələn Sialmas ölkəmizdə 21 oyun keçirərək 6 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər