AZAL, "Xəzər Lənkəran" və "İnter"in sabiq üzvü Junior Nildo özünə yeni iş yeri tapıb. Fanat.az хəbər verir ki, braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək.
Belə ki, Nildo "Anapolis" klubuna keçib. Bu komanda Braziliyanın D seriyasında çıхış edir. 31 yaşlı futbolçu artıq yeni klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Nildo 2012/13 mövsümündə AZAL-da (33 oyun, 21 qol), 2013/14-də və 2014/15 mövsümünün ilk yarısında "Xəzər Lənkəran"da (39 oyun, 40 qol) və 2014/15 mövsümünün ikinci yarısında "İnter"də (24 oyun, 8 qol) çıхış edib.
Fanat.az