Türkiyə və Almaniyanın veteran futbolçularından ibarət yığma komandaları "Uşaqlar üçün bir ürək" kampaniyası çərçivəsində Filippindəki sel fəlakətindən zərər çəkənlər və kimsəsiz uşaqlar üçün yardım məqsədi ilə yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, "Şalke 04"ün ev oyunlarını keçirdiyi "Veltins Arena"da baş tutan oyundan əldə olunan gəlirin bir hissəsi Filippindəki sel fəlakətindən əziyyət çəkənlərə göndəriləcək. Qalanı isə Türkiyə və Almaniyadakı kimsəsiz uşaqlara paylanacaq.
Yoldaşlıq qarşılaşmasında Türkiyə yığmasına "Bursaspor"un alman baş məşqçisi Kristof Daum başçılıq edib. Onun köməkçisi isə Ümit Kayıhan olub. Qardaş ölkə yığmasının heyətndə Bülent Korkmaz (kapitan), Ayhan Akman, Yıldıray Baştürk, Ümit Davala, Ahmet Dursun, Ceyhun Eris, Tayfur Havutçu, Kerem İnan, Ümit Karan, Toprak Kurtoğlu, Tayfun Korkut, Tümer Metin, Alpay Özalan, Rüştü Reçber, Soner Tolungüç, İbrahim Üzülmez və Hakan Ünsal çıxış edib.
Feliks Maqatın başçılıq etdiyi Almaniya yığmasının heyəti isə belə olub: Rüdiger Abramçik, Mario Basler, Stefan Beinliç, Fredi Bobiç, Tomas Brdariç, Quydo Buşvald, Hans Yorq Fişçer, Tomas Hassler, Horst Heldt, Yurgen Kohler, Oliver Kreutzer, Yens Lemann, Martin Maks, Oliver Neuville, Karsten Ramelov, Tomas Riedl, Karl-Haynts Riedle, Kristian Şkreyer, Manfred Şkvab, Andreas Tom, Olaf Ton, Herbert Vaas, Kristian Vlrns, Darius Voş.
Oyun Türkiyə yığmasının 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Xəzər Lənkəran"ın sabiq üzvü Ahmet Dursun almanlara 4 qol vurub. Yıldıray Baştürk 2, Ümit Karan 1 dəfə fərqlənib. Alaniya yığmasının heyətində isə Mario Basler və Kristian Şkreyer qol vurub.
Fanat.az