"Xəzər Lənkəran"ın sabiq üzvü A Seriyasında

"Xəzər Lənkəran"ın sabiq üzvü A Seriyasında

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Elias Ribeyro özünə yeni klub tapıb. Fanat.az xəbər verir ki, 31 yaşlı futbolçu bundan sonra "Pirasikaba" komandasının uğurları üçün çalışacaq.

"Pirasikaba" Braziliyanın güclülər dəstəsində - A seeriyasında çıxış edir. Komandanı Roke Junior çalışdırır. O, vaxtilə Braziliya yığmasının və İtaliyanın "Milan" klubunun heyətində çıxış edib.

Qeyd edək ki, Elias ötən mövsüm "Xəzər Lənkəran"da çıxış edirdi. O, Lənkəran klubunun heyətində 17 oyuna çıxıb və 4 qola imza atıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər