"Xəzər Lənkəran"ın sabiq üzvü 35 yaşında meydana dönür

"Xəzər Lənkəran"ın sabiq üzvü 35 yaşında meydana dönür
"Xəzər Lənkəran"ın sabiq üzvü Ahmet Dursun maraqlı qərar verib. Fanat.az xəbər verir ki, türk futbolçu 35 yaşında karyerasını bərpa etmək qərarına gəlib.
Uzun illər "Beşiktaş" formasını geyinən Dursun 2012-ci ildə "Eyüpspor"dan ayrılmış və karyerasını bitirmişdi. Lakin o, yenidən bu klubda karyerasını bərpa edib. Artıq Super Toto 2-ci liqa klubu ilə futbolçu arasında razılıq əldə edib. 
Qeyd edək ki, 1999-2003 və 2005-2006-cı illlərdə "Beşiktaş"da forma geyinən Dursun 2009/10 mövsümündə "Xəzər Lənkəran"da 10 oyun keçirmiş və 5 qol vurmuşdu. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər