"Xəzər Lənkəran"ın sabiq qapıçısı Məsimova rəqib oldu

"Xəzər Lənkəran"ın sabiq qapıçısı Məsimova rəqib oldu
"Xəzər Lənkəran"ın sabiq qapıçısı Vyekoslav Tomiç özünə yeni komanda tapıb. Fanat.az xəbər verir ki, xorvatiyalı qolkiper bundan sonra Sloveniya çempionatında çıxış edəcək.
O, bu ölkənin "Koper" klubu ilə müqavilə imzalayıb. Nəticədə, 33 yaşlı qolkiper Azərbaycanın U-19 və U-21 yığmasının, eləcə də "Neftçi"nin sabiq yarımmüdafiəçisi Samir Məsimova rəqib olub. Qeyd edək ki, Məsimov da bir müddət öncə Sloveniyanın "Domjale" klubu ilə müqavilə imzalamışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər