"Xəzər Lənkəran"ın sabiq qapıçısı HİK-də

"Xəzər Lənkəran"ın sabiq qapıçısı HİK-də
"Xəzər Lənkəran"ın sabiq qapıçısı Toni Doblasın yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, ispan qolkiper karyerasını Finlandiya çempionatında davam etdirəcək.
Doblas HİK klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspan qapıçı 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2013-cü ilin yanvarında "Xəzər Lənkəran"la müqavilə imzalayan 34 yaşlı qapıçı ölkəmizdə 14 oyuna çıxıb və 1777 dəqiqə oynayıb. O, Azərbaycandan getdikdən sonra İtaliyanın "Napoli" klubu ilə 6 aylıq müqavilə imzalamışdı. Doblas A Seriyasında 2 oyun keçirib və 101 dəqiqə oynayıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər