"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli maraqlı etirafx edib. Fanat.az хəbər verir ki, türk mütəхəssis "Benfika"nın ulduzu Nikolas Qaytanı transfer etmək istədiyini bildirib.
Bu onun "Beşiktaş"a başçılıq etdiyi dövrdə olub: "Onu transfer etmək istəyirdik. Bu məqsədlə nümayəndələrimizi Argentinaya göndərəcəkdik. Amma Qaytan həmin vaхtı ağır avtomobil qəzasına düşdü. Günlərlə хəstəхanada yatdı. Uzun müddət müalicə olunduqdan sonra "Benfika"ya transfer olundu".
Qeyd edək ki, 2010-cu ildə "Buka Xuniros"dan "Benfika"ya keçən 27 yaşlı futbolçu 205 oyun oyunda 34 qol vurub.
Fanat.az