"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi türk klubunda

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi türk klubunda

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Cüneyt Biçerin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, türk mütəxəssis karyerasını vətənində davam etdirəcək.

Belə ki, Biçer 2-ci liqada çıxış edən "Nazilli Bələdiyyəspor"un baş məşqçisi təyin edilib. Mütəxəssis 1,5 illik müqaviləyə imza atıb. 

"Nazilli Bələdiyyəspor"un prezidenti Nurittin Özkat 2012/13 mövsümündə də komandanı çalışdırmış Biçerin kluba yeni ab-hava gətirəcəyinə və uğur qazandıracağına inandıqlarını bildirib.

Baş məşqçi isə əsas hədəfinin komandanı "pley-off" mərhələsinə aparmaq olduğunu deyib. "Pley-off" uğrunda mübarizə aparan klublarla aramızda 11 xal fərqi var. Ğu fərqi aradan qaldıra bilərik. Bu andan sonra uduzmaq haqqımız yoxdu".

Qeyd edək ki, Cüneyt Biçər "Bakı"nın baş məşqçisi olub və Azərbaycan Kubokunu çalışdırıb. O, daha sonra bir müddət "Xəzər Lənkəran"ı çalışdırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər