"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Super Liqada

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Super Liqada

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin Türkiyə Super Liqasında çalışa bilər. Fanat.Az xəbər verir ki, 53 yaşlı mütəxəssis "Adanaspor"un maraq dairəsinə düşüb.

Bir neçə gün əvvəl Krunoslav Yurciçlə yollarını ayıran klubun prezidenti Bayram Akgülün Oğuz Çətinlə görüşdüyü və təklif irəli sürdiyi bildirilir. Məlumata görə, mütəxəssis klub rəhbərindən fikirləşmək üçün bir neçə gün vaxt istəyib.

Qeyd edək ki, Oğuz Çətin futbolçu karyerasını 2000-ci ildə "Adanaspor"da bitirib. O, 2014-cü ildə əvvəlcə "Xəzər Lənkəran"da Mustafa Dənizlinin köməkçisi, sonra komandanın baş məşqçisi olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər