Türkiyənin "Böyükşəhər Qaziantepspor" klubu baş məşqçisi Oğuz Çətinlə yollarını ayırıb. Fanat.Az xəbər verir ki, bu barədə klubun prezidenti Osman Toprak məlumat verib.
Klub rəhbəri bildirib ki, baş məşqçi ilə görüşərək qarşılıqlı anlaşma şəraitində yollarını ayırıblar. Klubun rəsmi saytı isə artıq yeni baş məşqçinin adını açıqlayıb. Komandanı bundan sonra Hüseyn Kaplar çalışdıracaq.
Qeyd edək ki, Oğuz Çətin "Xəzər Lənkəran"a Mustafa Dənizlinin köməkçisi kimi gəlib. Onun gedişindən sonra - 2014-cü ildə komandanın baş məşqçisi olub.
Fanat.Az