"Xəzər Lənkəran"ın rumın problemi

"Xəzər Lənkəran"ın rumın problemi

Premyer Liqanın XXXIV turunda “Sumqayıt”ı qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqları davam etdirir. Fanat.az xəbər verir ki, klubun bazasında məşq edən komanda məşqçi Oğuz Çətinin rəhbərliyi altında hazırlıq keçir.

Hazırda Adrian Pit və Manuel Skarlatake kollektivlə birgə məşq etmir. Rumın futbolçular zədədən əziyyət çəkir. Oğuz Çətin əvəzedici heyətdən Elnur Cəfərov və Kamran Abdullazadəni əsas komandanın məşqlərinə cəlb edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər