"Xəzər Lənkəran"ın qənimləri millimizə qarşı oynamayacaq

"Xəzər Lənkəran"ın qənimləri millimizə qarşı oynamayacaq
DÇ-2014-ün seçmə mərhələsində millimizi qəbul edəcək İsrail yığması daha iki itki ilə üzləşib. Fanat.az xəbər verir ki, rəqibimiz müdafiəçilər - Taleb Tvata və Eyal Meşumarın xidmətindən məhrum olub.
 
Hayfa "Makkabi"sində çıxış edən futbolçular Avropa Liqasının "pley-off" mərhələsinin Rumıniya "Astra"sı ilə keçirilən cavab matçında zədələniblər. Tvata və Meşumarın adı millimizlə oyunun heyətindən çıxarılıb.
Qeyd edək ki, bu futbolçular Avropa Liqasının II təsnifat mərhələsində "Xəzər Lənkəran"a qarşı oynayıb. Hər iki matçda 90 dəqiqə meydanda olan Tvatadan fərqli olaraq Meşumar İsraildəki qarşılaşmada sonadək mübarizə aparsa da, Lənkərandaforma geyinməyib. Həmin qarşılaşmalarda "Makkabi" "Xəzər Lənkəran"ı 2:0 və 8:0 hesabı ilə yenib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər