"Xəzər Lənkəran"ın qənimi "Simurq"u uddu

"Xəzər Lənkəran"ın qənimi "Simurq"u uddu
Avstriyada təlim-məşq toplanışında olan "Simurq" bu gün ilk yoxlama oyununu keçirib. Fanat.a xəbər verir ki, Georgi Çixradze yetirmələrini İsrailin "Makkabi" (Hayfa) klubu ilə qarşılaşıb. Oyun israillilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Makkabi" klubu 1913-cü ildə yaradılıb. 101 yaşlı klub tarixi ərzində 12 dəfə İsrail çempionluğunu, 5 dəfə ölkə kubokunu, 3 dəfə Superkubokunu qazanıb qazanıb. Aleksandar Stanoyeviçin başçılıq etdiyi komanda son mövsümü 5-ci pillədə başa vurub. "Makkabi" ötən mövsüm Avropa Liqasının II təsnifat mərhələsində "Xəzər Lənkəran"ın rəqibi olmuşdu. İsraildə 2:0 hesablı qələbə qazanan komanda Lənkəranda 8 cavabsız qola sevinmişdi - 8:0.
"Simurq" Sloveniya toplanışı çərçivəsində 3 oyun keçirmişdi. Zaqatala təmsilçisi Sloveniyanın "Aluminiy" klubuna qalib gəlib (1:0), Makedoniyanın "Vardar" (2:2) və Xorvatiyanın "Lokomativa" (3:3) komandaları ilə sülh bağlayıb.
Yoxlama oyunu
20 iyul
Simurq (Azərbaycan) - Makkabi (Hayfa, İsrail) 0:2
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər