"Xəzər Lənkəran"ın qarşısına 4 əskiklə

"Xəzər Lənkəran"ın qarşısına 4 əskiklə
Topaz Premyer Liqasının XXXV turunda "Xəzər Lənkəran"la qarşılaşacaq "Simurq" hazırlıqları tamamlayıb. Fanat.az xəbər verir ki, cənub təmsilçisi qarşısına ciddi itkilərlə çıxacaq Zaqatala klubu son məşqi isinmə hərəkətləri, qruplara bölünərək "kvadrat" və ikitərəfli oyundan ibarət olub. 
Bir saatdan artıq davam edən çalışmaların sonunda qapıya zərbələr, cinahlardan asmaların qapanması məşq edilib. Bu gün saat 18.00-da start veriləcək qarşılaşmada "Simurq"un heyətindən Andeson Oliveyra zədə, Dilavər Zrnanoviç, Tural Axundov və İlkin Qırtımov isə cəza səbəbindən forma geyinə bilməyəcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər