"Xəzər Lənkəran"ın oyunu təxirə salındı

"Xəzər Lənkəran"ın oyunu təxirə salındı
Bu gün "Xəzər Lənkəran" Türkiyədə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində "Erciyəsspor"un A2 komandasına qarşı yoxlama oyunu keçirməli idi. 
Fanat.az xəbər verir ki, rəqib komandanın xahişinə əsasən bu qarşılaşma qeyri-müəyyən vaxta təxirə salınıb. Səbəb isə türk klubunun heyətində bir sıra futbolçunun zədəlnməsidi.
 
Plan üzrə "Xəzər Lənkəran" 11 iyul tarixində yoxlama oyunu keçirəcək. Rəqib haqqında məlumat veriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər