"Xəzər Lənkəran"ın oyunçusu evləndi

"Xəzər Lənkəran"ın oyunçusu evləndi

“Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatake subaylığın daşını atıb. Azerisport.az xəbər verir ki, rumıniyalı futbolçu 23 yaşlı Beatriçe ilə ailə həyatı qurub.

“Xəzər Lənkəran”lının uzun müddət birgə olduğu xanımıyla toyu Rumıniyada olub.

Qeyd edək ki, Skarlatake 2011-ci ildən “Xəzər Lənkəran”da çıxış edir. İlk mövsümünü bu klubda icarə əsasında keçirən 26 yaşlı oyunçu ötən il tam hüquqlu transfer haqqıyla “ağ-yaşıllar”ın olub.

İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər