"Xəzər Lənkəran"ın məşqinə kimlər qatılmadı? - FOTOLAR

"Xəzər Lənkəran"ın məşqinə kimlər qatılmadı? - FOTOLAR
Topaz Premyer Liqasının VII turu çərçivəsində sabah Bakıda AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” bu gün “AZAL Arena”da oyunöncəsi son məşqinə çıxıb. Fanat.az xəbər verir ki, komanda saatyarım ərzində əsasən futbolçuların süni örtüklü meydanda əzələlərinin davamlılığını artıracaq fiziki çalışmalar və taktiki planda hazırlıqla məşqini yekunlaşdırıb. 
Zədəli futbolçu Manuel Skarlatake fərdi məşqlərlə kifayətlənib. O cümlədən bu gün əvəzedici heyətdə çıxış edəcək 6 futbolçu - Edu Oriol, Tərlan Qasımzadə, Ağabala Ramazanov, Uğur Pamuk, Kamran Abdullazadə və Elvin Mirəzyev də əsas komandanın hazırlığına qatılmayıb. 
Xatırladaq ki, AZAL - “Xəzər Lənkəran” oyunu sabah saat 19.00-da keçiriləcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər