"Xəzər Lənkəran"ın məşqində nələr baş verdi?

"Xəzər Lənkəran"ın məşqində nələr baş verdi?
Topaz Premyer Liqasının XV turunda AZAL-ı qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir. Fanat.az xəbər verir ki, “ağ-yaşıllar” dünən "Fırtınalar meydanı"nın əsas meydançasında növbəti məşqini keçirib. 
Covanni Melkiorenin rəhbərliyində taktiki çalışmalar planı üzrə tərtib edilmiş məşq prosesi saat yarım davam edib. Müdafiəçilərin və yarımmüdafiəçilərin ayrı ayrılıqda hücumçularla anlaşmalarına hesablanmış xətlərarası xüsusi çalışmalar, həmçinin uzaq və yaxın məsafələrdən ötürmələr sonrası ani hücumların qurulması üzrə intensiv hazırlıqlar məşqin əsas hissəsini təşkil edib. Yeni baş məşqçinin yolunu gözləyən komanda üzvlərinin hazırlıq prosesində həvəslə çalışması da diqqət çəkib. 
Onu da əlavə edək ki, Mustafa Dənizlinin noyabrın 29-da Lənkəranda olacağı gözlənilir.
12cioyuncu.info 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər