"Xəzər Lənkəran"ın məşqçisi: "Baş məşqçi olmalıyam"

"Xəzər Lənkəran"ın məşqçisi: "Baş məşqçi olmalıyam"

"Xəzər Lənkəran"ın məşqçisi Oğuz Çətin "Türkiyə qəzeti"nə müsahibə verib. Müsahibəni ixtisarlarla təqdim edirik.

- "İmperator" adlandırılmağınıza rəğmən niyə həmişə ikinci adam olmusunuz?

- Heç kimə mənim üçün "İmperator" deyə qışqırın deməmişəm. Bu adı mənə layiq görənlərə minnətdaram. "İmperator" deyirlər deyə heç vaxt əlim belimdə gəzməmişəm, işçi arı daim həmişə çalışmışam. Biriləri sizi hansısa bir vəzifəyə gətirə bilər, amma mən həmişə olduğum yeri haqq etmişəm. Heç kimin adamı olmamışam.

- Ürəyinizdən milli komandanın baş məşqçisi olmaq keçir?

- Karyera planlamamda milli komandanın baş məşqçiliyi hər zaman olub. Bir gün bu vəzifəni mütləq tutacam. Özümü bu ölkədə o yeri tutmağa ən çox layiq olanlardan biri hesab edirəm. Düz 7 il millinin məşqçisi olmuşam, düz 103 dəfə bu formanı geyinmişəm, 35 oyunda kapitan olmuşam. Fatih Terim, Qus Hiddink və Mustafa Dənizli ilə salışmışam. Bu təcrübə ilə meydana quru budağı da basdırsaq, inkişaf edib çinar olar.

- Bəs niyə milli komandanı sizə etibar etmədilər, yetərli saymadılar?

- Bu ölkədə milli komandanın baş məşqçisi yetərliliyə görə seçilmir. Başqa faktorlar araya girir. Mənə yol verilməməsinin səbəbi də budu. Deyin görüm, Abdullah Avcı hansı beynəlxalq təcrübəsinə görə bu vəzifəyə gətirilmişdi? Bursa da Fatiş hocaya "vəliəhdiniz kimdi" deyə sormuşdunuz, amma cavab verməmişdi. Həmin gün "Terim mənə güvənmir" deyə çox üzülmüşdüm. İndi anlayıram ki, o, milli komanda dəftərini qapatmayıb. 

- Sizcə, "usta-köməkçi zinciri" olmalıdı?

- Almaniyadakı kimi Helmut Şkon - Jupp Dervall, Klinsmann - Löv modelinə bənzər model bizdə yoxdu. Əgər olsaydı, Terim və ya Hiddinkdən sonra millini mən çalışdırardım. 7 ildə yığma üçün 164 nəfərlik "futbolçu hovuzu" quran komandanın üzvüyəm, o futbolçuların təktək xüsisiyyətlərini və inkişaflarını planlamış biriyəm. Amma o layihə məndən sonra it-bata düşdü, həmin oyunçuların çox yoxa çıxdı.

- DÇ-2014-ə getməməyimizin səbəbi nədi?

- Milli komanda davamlılıq tələb edir. Avcı işə başlayanda ona mənim baş koordinator olmamı təklif etdilər, qəbul etmədi. Etsəydi, bu gün Türkiyəyə Braziliyaya vəsiqə qazanardı və o da işinə davam edərdi. Mən ölkə futboluna görə, dünya çempionatına gedə bilməməyimizə üzülürəm. Həm futbolumuza, həm mənə, həm də Avcıya yazıq oldu.

- Sizcə, inqilaba ehtiyac var?

- Axşam yatıb, səhər inqilab edilməz. Türkiyə futbolunda inqilab 90-cı illərdə edildi. Sonrakılar sadəcə cəhddi.

- Mustafa Dənizlinin köməkçisi olaraq çalışmaq sizə nə qazandırır?

- Mustafa Dənizlinin şəxsiyyəti, mədəniyyəti, layihələri fərqlidi. Çalıştığım məşqçilər arasında onun yeri başqadı. Hələ ondan bəzi şeyləri öyrənirəm. Birlikdə çox gözəl mühit hazırlamışıq.

- Azərbaycana gedişinizdə məqsəd nədi? Bu bir missiyadı?

"Hannover 96"ya rəhbərlik edən Tayfun Korkutun Almaniyada, bizim də Azərbaycanda bir missiyamız var. Türk məşqçilər üçün lokomotiv olmaq naminə həm Tayfun hoca, həm də biz uğur qazanmalıyıq. Biz uğurlu olaq ki, türk mütəxəssislərin yolu açılsın. Məsələn, bizdən sonra Güvənc Kurtar Azərbaycana gəldi. Biz işə başlayanda "Xəzər Lənkəran" 8-ci pillədə idi. Bizdən sonra mövqeyini dəyişməsə də, 3 matçda 7 xal qazanmışıq, xal fərqini 8-dən 4-ə endirmişik. Ümidimiz artıb. İkinci yarıda ilk üçlüyə düşərik. Əsl hədəf kuboku qazanıb Avropada yarışmaqdı. Bunu başarsaq gələn mövsüm insanları küçəyə tökərik.

- Ersun Yanal və "Fənərbaxça" haqqında nə düşünürsünüz?

- Ersun Yanal çox şanslıdı. Ən böyük şansı isə Aziz Yıldırımdı. Aykut Kocaman onun üçün hazır komanda qoyub. Mən də olsam, Ersun Yanalın Super Liqadakı nəticələrini qazanardım. Bu yüksək xarakterli və səviyyəli heyət üçün 8 xallıq fərq böyük uğur deyil. "Fənərbaxça" Super Liqada ən hazırlıqlı və ən səviyyəli heyətə sahibdi.

- Ersun Yanalın bu uğurdakı payı nədi?

- Ulduzlardan qurulmuş komandanı idarə etmək çətindi. Ersun Yanal bu çətinliyi "Fənərbaxça"da yaşadı. Sov olayında nüfuzunu tam itirmək üzrə idi ki, Aziz Yıldırım ortaya girdi və həm Sovu, həm də baş məşqçini yenidən qazandı. Bundan sonra futbolçuların baş məşqçiyə inamı yüksəldi. 

- Bəs "Fənərbaxça"nın heyəti barədə nə düşünürsünüz?

- Kuyt çox faydalıdı, Sov möhtəşəmdi, Emenike vazgeçilməzdi. Ersun Yanal Vebonu ehtiyatda saxlayıb oyuna başlamaqla düz edir. Mehmet Topal xüsusi oyunçudu, Emre Belezoğlu güclü xarakterə sahibdi, Alper Potuk və Kristian Boroninin sürəti yaxşıdı. Amma kritik matçlarda komandaya çox xeyir verən Kristian imkanlarını zorlasa, daha faydalı olar.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər