AFFA İntizam Koəmitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri AFFA-nın təşkil etdiyi çempionatlarda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Xəzər Lənkəran"ın U-19 komandasının məşqçisi Hafiz Əliyev 5 oyunluq cəzalandırılıb. Buna səbəb onun U-19 Liqasının "İnter" matçında hakimlər briqadasını təhqir etməsi olub.
AFFA-nın çempionatlarının digər oyunlarında hakimlər təhqir olunub. İntizam Komitəsinin bu olaylarla bağlı qərarlarını təqdim edirik:
* U-19 Liqasının “Rəvan” - “Qarabağ” matçının 80-cı dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Əlibəy Məmmədli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
* Bakcell U-17 Liqasının “Sumqayıt” - AZAL matçının 57-ci dəqiqəsində AZAL klubunun futbolçusu Rauf Rzayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
* Bakcell U-17 Liqasının “Sumqayıt” - AZAL matçının 57-ci dəqiqəsində AZAL klubunun futbolçusu Rauf Rzayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
- Oyun bitdikdən sonra AZAL klubunun futbolçusu Elçin Əliyev hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanır.
* Bakcell U-17 Liqasının “Xəzər Lənkəran” - “İnter” matçının 87-ci dəqiqəsində “İnter” klubunun futbolçusu Emin Quliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
* Futzal üzrə Azərbaycan birinciliyinin “Kərki” - “Şahdağ” matçı başa çatdıqdan sonra “Kərki” klubunun futbolçusu Anar Ağayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
* Azərbaycan həvəskarlar birinciliyinin “Zirvə” - “Azərconnect” matçının 42-ci dəqiqəsində “Azərconnekt” klubunun futbolçusu Maksud Abdullayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
* Azərbaycan həvəskarlar birinciliyinin “Uğur” - “Bakufire” matçının 38-ci dəqiqəsində “Uğur” klubunun futbolçusu İlqar Talıbov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
Fanat.az