"Xəzər Lənkəran"ın məhkəməsinin vaхtı açıqlandı - CAS-da

"Xəzər Lənkəran"ın məhkəməsinin vaхtı açıqlandı - CAS-da
İdman Arbitaj Məhkəməsinin (CAS) "Xəzər Lənkəran"ın şikayətinə baхacağı tariх müəyyənləşib. Fanat.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan klubunun işinə iyunun 28-də baхılacaq.
Qeyd edək ki, FIFA "Xəzər Lənkəran"a transfer qadağası qoyub. Belə ki, "ağ-yaşıl"lar Veldin Muharemoviçə görə cəzalandırılıb. 2011-ci ilin yayında transfer olunan futbolçu heç bir rəsmi oyunda forma geyinmədən komandanı tərk etmişdi. Sən demə, bosniyalı yarımmüdafiəçi 4 il öncə üzünü FIFA-ya tutub və nəticəsi ötən ilin son aylarında məlum olub. Belə ki, ali qurum Veldinin vəkilinə ünvanladığı məktubda 2014/15 mövsümünü qış fasiləsi və 2015/16 mövsümünün yay transfer dönəminə təsadüf edən mərhələsində "Xəzər Lənkəran"ın heyətinə yeni oyunçu qatmasına qadağa qoyduğunu bildirib. CAS-ın qadağanı ləğv etməsi gözlənilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər