"Xəzər Lənkəran"ın matçında hakim qalmaqalı

"Xəzər Lənkəran"ın matçında hakim qalmaqalı
Bu gün U-15 liqasında "Xəzə Lənkəran" "Şahdağ"ın qonağı olub. Fanat.az xəbər verir ki, oyunda hakimlə "Xəzər Lənkəran"lı futbolçular arasında qalmaqal yaşanıb. 
Buna səbəb isə hakimin üç penalti epizodunda fitinin susması olub. Daha sonra referi qonaq futbolçuya ikinci sarı vərəqə versə də, qırmızı vərəqə verməyib. Yalnız iki dəqiqə sonra bu hakimin yadına düşüb və səhvini düzəldib.
Məlumata görə, "Şahdağ"ın nümayəndələri hakimin üzərinə qışqırıblar və bundan sonra hakim də nümayəndələrin kənardan dedikləri qərarları verməyə başlayıb.
Qeyd edək ki, matç 2:2 hesabı ilə başa çatıb.
sportal.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər