"Xəzər Lənkəran"ın istədiyi 600 min avroluq forvard

"Xəzər Lənkəran"ın istədiyi 600 min avroluq forvard
"Xəzər Lənkəran"ın heyətinə qatmaq istədiyi hücumçunun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, Lənkəran klubu nigeriyalı Aminu Umarla güclənmək istəyir.
19 yaşlı forvard "Samsunspor"un formasını geyinir. Onun Türkiyə klubu ilə 2 illik müqaviləsi var. Bu səbəbdən "Xəzər Lənkəran" transferi həll etmək üçün müəyyən məbləğdən keçməli olacaq.
Qeyd edək ki, Umar karyerasına Nigeriyanın "Vikki Turists" klubunda başlayıb. Ötən il Nigeriya U-20-nin heyətində Türkiyədə keçirilən dünya çempionatına qatılan və 4 oyunda 2 qol vuran 19 yaşlı forvard "Samsunspor"a transfer olunub. O, 2013/14 mövsümündə Samsun klubunun heyətində 36 oyuna çıxıb, 3011 dəqiqə oynayıb, 7 qola imza atıb və 7 məhsuldar ötürmə verib. Aminu Nigeriya U-20-nin heyətində meydana çıxdığı 15 matçda 6 dəfə fərqlənib. "Transfermarkt" saytı ona 600 min avro qiymət qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər