"Xəzər Lənkəran" yenidən Türkiyə mətbuatının diqqət mərkəzinə düşüb. Fanat.az xəbər verir ki, türk həmkarlarımız Mustafa Dənizlinin başçılıq etdiyi komandanın Antalya toplanışı barədə xəbər hazırlayıb.
Xəbərdə "Xəzər Lənkəran"ın məşqləri barədə məlumat verilir. Həmçinin təmsilçimizin ilk yoxlama oyunundakı rəqibinin adı da açıqlanıb. Məlumata görə, Mustafa Dənizli yetirmələrini yanvarın 15-də sabiq komandası "Çaykur Rizəspor"la oyunda sınayacaq.
Fanat.az