"Xəzər Lənkəran"ın I diviziona göndərililir? - AÇIQLAMA

"Xəzər Lənkəran"ın I diviziona göndərililir? - AÇIQLAMA

"Xəzər Lənkəran"ın I diviziona göndərilə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Fanat.az xəbər verir ki, ki, buna səbəb klubun keçmiş futbolçularına olan borclarını ödəyə bilməməsidi. 

İddiaya görə, FIFA hazırda klubla bağlı araşdırmalar aparır. Klub mart ayının sonuna qədər borclarını ödəməsə, I diviziona göndərilməsi ilə bağlı qərar qəbul edilə bilər.

Xəbərə "Xəzər Lənkəran"ın münasibətini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bunları dedi: "Əlbəttə, borcumuzu ödəməsək, yeni cəzalar verilə bilər. Bu cəzaların konkret nəcə olacağı isə hələ ki, bəlli deyil. Klub FIFA-ya borcun müddətinin uzadılması üçün müraciət edib. Biz bu müraciətdə konkret vaxt göstərməmişik. Sadəcə, borcun ödənilməsi üçün əlavə vaxt verilməsini xahiş etmişik. Bilirsiz, bir neçə il öncə hazırda bizim borclu olduğumuz məbləğ Azərbaycan futbolunda o qədər də ciddi məbləğ deyildi. Ancaq hazırda ölkə futbolu üçün 600 min dollar böyük məbləğdi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər