"Xəzər Lənkəran"ın əvəzediciləri necə oynayıb?

"Xəzər Lənkəran"ın əvəzediciləri necə oynayıb?
Ötən həftə "Sumqayıt" üzərində 4:0 hesablı qələbə ilə təqvim ilinə yekun vuran "Xəzər Lənkəran" əvəzediciləri qış fasiləsinə 4-cü pillədə yollanırlar. 18 turdan sonra bir neçə statistik məqamı diqqətinizə çatdırırıq.
 
"Xəzər Lənkəran" məhsuldarlığa görə əvəzedicilər çempionatında ikincidi - 37 qol.
 
Gənc futbolçular 9 ev oyununda 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 2 dəfə məğlub olub. Lənkəranda keçirilən oyunlarda top nisbəti - 20:8.
 
Elbrus Məmmədovun yetirmələri səfərdə 4 qələbə qazanıb, 4 dəfə məğlub olub və bir oyunda heç-heçə edib. Səfərdə top nisbəti - 17:17.
 
18 tur ərzində ən böyük hesablı qələbəni əvəzedicilər 4-cü turda evdə "Neftçi" üzərində qazanıb - 6:1. Digər böyükhesablı qələbələr: "Bakı" (səfər), 4:1; "Sumqayıt" (ev) 4:0.
 
Mövsümün ilk yarısında komandanın ən məhsuldar oyunçusu Fikrət Ulduzludu. Forvardın aktivində 5 qol var. Kazım Kazımlı və Elnur Cəfərov hərəyə 4 qol vurublar, Bəhruz Teymurov, Anar Babazadə və kapitan Elvin Mirzəyev isə 3 dəfə fərqlənə biliblər.
 
"Xəzər Lənkəran" əvəzedicilərinin təqvimi və oyunların protokolları ilə burada tanış ola bilərsiniz.
 
Əvəzedicilər çempionatının turnir cədvəli burada.
 
Əvəzedicilər və aşağı yaş qruplarına aid xəbərləri buradan, videoları isə buradan izləyə bilərsiniz.  
lankaranfc.com
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər