"Xəzər Lənkəran"ın düşərgəsində iki xoş hadisə

"Xəzər Lənkəran"ın düşərgəsində iki xoş hadisə

Hazırda İsrailin Hayfa şəhərində “Makkabi” (Hayfa) ilə oyuna hazırlaşan “Xəzər Lənkəran”ın düşərgəsində iki xoş hadisə qeyd olunur. Belə ki, komandanın yarımmüdafiəçisi Adrian Pitin doğum günüdür. 30 yaşını qeyd edən Piti komanda yoldaşları təbrik etməyə hazırlaşdığı bir vaxtda digər sevincli xəbər İspaniyadan gəlib. Axşam saatlarında ispaniyalı müdafiəçi Alvaro Silvanın oğul övladı dünyaya gəlib.

Hər iki futbolçunu təbrik edir, həyat boyu xoş xəbərlər almağı arzulamaqla yanaşı peşəkar futbolçu karyeralarında da uğurlar arzulayırıq.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər