"Xəzər Lənkəran"ın həbsdə olan azarkeşlərindən 2-si şərti azadlığa buraxılıb. Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rəfail Əkbərov və Aqşin Əkbərov dəmir barmaqlıqlardan xilas olub.
Hazırda Lənkəran təmsilçisinin yalnız bir azarkeşi - Elman Tağıyev həbsdədi. Daha öncə Elçin Bayramov Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən əfv edilib.
Qeyd edək ki, "Xəzər Lənkəran" azarkeşləri 2013-cü ilin avqustunda Lənkəran şəhər stadionunda "Neftçi" ilə keçirilən oyundan sonra baş vermiş insidentlə əlaqədar həbs olunub.
Fanat.az