"Xəzər Lənkəran"ın əvəzedici komandasının üzvü Əli Əliyev cəzalandırılıb. Fanat.az хəbər verir ki, buna səbəb onun "Neftçi" ilə oyunda qırmızı vərəqə alması olub.
Belə ki, Əli Əliyev "Neftçi" ilə matçın 62-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. İntizam Komitəsi onu 1 oyunluq cəzalandırıb, klubu 100 manat cərimə edib.
"Qəbələ" isə "Simurq"la matçda 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimə ödəyəcək.
Fanat.az