Mustafa Dənizlinin istefasından sonra başsız qalan "Xəzər Lənkəran" hələ də baş məşqçisinin adını açıqlamayıb. Fanat.az xəbər verir ki, cənub klubunun rəhbərliyi bununla bağlı qərar qəbul etməkdə çətinlik çəkir.
Yekun qərarın iyunun 1-i və 2-də açıqlanması gözlənilir. İddialara görə hazırda bu posta iki namizəd var: Mirça Rednik və Oğuz Çətin. Qərarı klubun fəxri prezidenti Mübariz Mənsimov verəcək.
Fanat.az